Parisdə Milad yarmarkalarına girişlərdə nəzarət gücləndirilib

Parisdə Milad yarmarkalarına girişlərdə nəzarət gücləndirilib Bakı. 17 dekabr. REPORT.AZ/ Bu yaxınlarda Fransanın Strasburq şəhərində baş vermiş terror hücumundan sonra paytaxt Parisdə Milad yarmarkalarında bütün qonaqlar yoxlanılır.
Digər ölkələr
17 Dekabr , 2018 11:12
Parisdə Milad yarmarkalarına girişlərdə nəzarət gücləndirilib
Culture Trip
0 : 00
0 : 00

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu yaxınlarda Fransanın Strasburq şəhərində baş vermiş terror hücumundan sonra paytaxt Parisdə Milad yarmarkalarında bütün qonaqlar yoxlanılır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yarmarkalara girişdə qonaqları çantalarını açmağa məcbur edirlər, eyni zamanda onları metal detektoru ilə yoxlayırlar. Analoji tədbirlər Tüilyeri bağının girişində də həyata keçirilir.

Yerli sakinlərin sözlərinə görə, belə tədbirlər yalnız böyük terror hücumlarından sonra həyata keçirilir.

Bundan başqa, Parisin mərkəzindəki bir çox kafenin, həmçinin turistlər arasında çox məşhur olan Notr Dam kilsəsinin və Sakre Ker bazilikasının özəl mühafizəsi ziyarətçilərin yoxlanışını həyata keçirir.

Qeyd edək ki, dekabrın 11-də 29 yaşlı Şərif Şekat Strasburqun mərkəzində atışma törədib. Şəhər meri Roland Raysın verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi