Parisdə mənzillərin bir kvadrat metrinin qiyməti 10 min avronu ötüb

Parisdə mənzillərin bir kvadrat metrinin qiyməti 10 min avronu ötüb Breksit Parisdə mənzillərin qiymətinin kəskin artmasına səbəb olub
Digər ölkələr
3 Aprel , 2019 01:10
Parisdə mənzillərin bir kvadrat metrinin qiyməti 10 min avronu ötüb

Parisdə mənzillərin bir kvadrat metrinin qiyməti ilk dəfə olaraq 10 min avronu ötüb.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, "Century 21" daşınmaz əmlak qrupunun apardığı araşdırmaların nəticələrinə görə Parisdə mənzillərin bir kvadrat metri 10 min avronu ötüb və buna səbəb olan amillərdən biri də Breksitdir.

Araşdırmaların nəticələrinə görə son 10 ildə Parisdə daşınmaz əmlakın qiyməti 62 % artıb. Yalnız keçən il ərzində bu artım 8 faiz olub. Son il Parisdə daşınmaz əmlak alıcılarının 51 %-i yüksək vəzifə sahibləri, yalnız 3,4 %-i isə adi işçilər və fəhlələr olub. Halbuki, 10 il bundan qabaq Parisdə mənzin sahibi olanların 16,5 faizini adi içşilər və fəhlələr təşkil edib.

Parisdə mənzillərin qiymətinin artmasının əsas səbəbi ölkədə mənzil üçün götürülən kreditlərin faizinin çox aşağı, infyasiyadan da aşağı olmasıdır. Belə ki, hazırda Fransada kreditlərin faizi 1,3 %-ə bərabərdir.

"Century 21" qrupunun nəticələrinə görə Breksitlə bağlı keçirilən səsvermədən indiyə kimi Parisdə mənzil axtaran Böyük Britaniyada yaşayan fransalıların sayı 75 faiz artıb. 

Bununla yanaşı Breksitlə bağlı Böyük Britaniyanı tərk edən şirkətlərin Parisdə yerləşməyə başlaması da bu şəhərdə mənzil azlığını sürətləndirib və nəticədə qiymətlərin kəskin artmasına səbəb olub. 

Son xəbərlər

Orphus sistemi