Parisdə iğtişaşlar zamanı təxminən 30 nəfər saxlanılıb, 9 nəfər xəsarət alıb

Parisdə iğtişaşlar zamanı təxminən 30 nəfər saxlanılıb, 9 nəfər xəsarət alıb Toqquşmalar Fransada prezident seçkilərinin ilk turundan sonra başlayıb
Digər ölkələr
24 Aprel , 2017 12:08
Parisdə iğtişaşlar zamanı təxminən 30 nəfər saxlanılıb, 9 nəfər xəsarət alıb
РИА Новости

Bakı. 24 aprel. REPORT.AZ/ Fransada keçirilmiş prezident seçkilərinin ilk turundan sonra Parisdə baş verən qarşıdurmada azı 29 nəfər saxlanılıb, 9 nəfər xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, etirazlar zamanı altı polis məmuru və üç nümayişçi yüngül xəsarət alıb.

Qeyd edək ki, prezident seçkilərinin ilk turu günü Parisdə etirazlar gecə saatlarına qədər davam edib, avtomobillər yandırılıb. Bastilya meydanında hüquq-mühafizə orqanları əməkdaşları nümayişçilərlə toqquşmada bibər qazı, səs və tüstü bombalarından, dəyənəkdən istifadə edib.

Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turunda sabiq iqtisadiyyat naziri Emmanuel Makron və "Milli cəbhə" partiyasının lideri Marin Le Pen qələbə qazanıb.

Prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi