Bakı. 2 dekabr. REPORT.AZ/ Şənbə günü Parisdə baş verən küçə iğtişaşları zamanı xəsarət alanların sayı 23-ü polis əməkdaşı olmaqla 133 nəfərə çatıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü Parisin polis idarəsinə istinadən "Franc-Press" məlumat yayıb.
Bildirilir ki, etiraz aksiyaları zamanı 412 nəfər saxlanılıb, onlardan 378 nəfəri nəzarət altına götürülüb.
Fransada noyabrın 17-dən başlayaraq avtomobil yanacağı qiymətinin artırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilir.