Paraqvaylı deputat və daha üç nəfər Cənubi Amerika ölkəsində təyyarə qəzasına uğrayaraq həlak olub.
“Report”
Bildirilib ki, təyyarə havaya qalxandan qısa müddət sonra yerə çırpılıb. Nəticədə hakim Kolorado Partiyasının parlamentarisi Uolter Harms və komandasının daha üç üzvü həlak olub.
“Həmkarımız, dostumuz və xəyaldaşımız Uolter Harmsın vəfatı ilə bağlı üzücü xəbəri dərin ağrı ilə alıram”, – Paraqvayın vitse-prezidenti Pedro Alliana sosial şəbəkədə yazıb.