Bakı. 11 sentyabr. REPORT.AZ/ Papua-Yeni Qvineyanın şərindəki adada 5 bal gücündə zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə Honkonqun Meteoroloji Rəsədxanası məlumat yayıb.
Rəsədxananın məlumatına görə, yeraltı təkanlar paytaxtdan 320 kilometr şimalda yerləşib.
Zəlzələ ocağının dərinliyi barədə məlumat yoxdur.
Dağıntı və ya tələfatın olub-olmaması ilə bağlı hər hansı xəbər verilmir.