Papua-Yeni Qvineya sahillərində 7 maqnitudaya yaxın zəlzələ olub

Papua-Yeni Qvineya sahillərində 7 maqnitudaya yaxın zəlzələ olub Bakı. 11 oktyabr. REPORT.AZ/ Papua-Yeni Qvineya sahillərində 6,8 maqnituda gücündə zəlzələ baş verib.
Digər ölkələr
11 Oktyabr , 2018 02:30
Papua-Yeni Qvineya sahillərində 7 maqnitudaya yaxın zəlzələ olub

Bakı. 11 oktyabr. REPORT.AZ/ Papua-Yeni Qvineya sahillərində 6,8 maqnituda gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmologiya Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Kimbe şəhərindən 130 km qərbdə, yerin 81 km dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, bu il fevralın 26-da Papua-Yeni Qvineyada baş vermiş güclü zəlzələ nəticəsində azı 125 nəfər həyatını itirmişdi.

Son xəbərlər

Orphus sistemi