Panama sahillərində 6 maqnitudaya yaxın zəlzələ baş verib

Panama sahillərində 6 maqnitudaya yaxın zəlzələ baş verib Zərərçəkənlər barədə məlumat yoxdur
Digər ölkələr
28 Yanvar , 2018 02:47
Panama sahillərində 6 maqnitudaya yaxın zəlzələ baş verib

Bakı. 28 yanvar. REPORT.AZ/ Yanvarın 27-də Panamanın cənub sahillərində, Asuero yarımadası yaxınlığında 5,7 maqnituda gücündə zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Çitre şəhərindən 107,6 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi