Pan Gi Mun Ukraynada sülhün dəstəklənməsi üzrə BMT ofisinin açılması məsələsini müzakirə edəcək

Pan Gi Mun Ukraynada sülhün dəstəklənməsi üzrə BMT ofisinin açılması məsələsini müzakirə edəcək Baş katib BMT Təhlükəsizlik Şurası üzvləri ilə müvafiq məsləhətləşmələr aparacaq
Digər ölkələr
12 May , 2015 10:23
Pan Gi Mun Ukraynada sülhün dəstəklənməsi üzrə BMT ofisinin açılması məsələsini müzakirə edəcək

Bakı. 12 may. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun BMT Təhlükəsizlik Şurası üzvləri ilə sülhün dəstəklənməsi üzrə Ukraynada BMT ofisinin açılması məsələsini müzakirə edəcək. "Report" xəbər verir ki, bu barədə Pan Gi Mun Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışığı zamanı bildirib. 

"Pan Gi Mun Pyotr Poroşenkoya mayın 9-da Moskvada, prezident Putin də daxil olmaqla,  keçirdiyi görüşlər haqqında danışıb", - BMT mətbuat katibinin məlumatında deyilir. 

"Onlar 2015-ci ilin fevralında imzalanan Minsk paketinin tam yerinə yetirilməsinin vacibliyini və BMT-nin bu razılaşmaları nə şəkildə dəstəkləyə biləcəyini müzakirə edib", - məlumatda qeyd olunub.  

Bəyanatda deyilir ki, bununla əlaqədar Baş katiblik Poroşenkonu sülhün dəstəklənməsi üzrə Ukraynada BMT ofisinin açılması ehtimalı barədəTəhlükəsizlik Şurası üzvləri ilə müvafiq məsləhətləşmələr aparacağı haqqında məlumatlandırıb. 

Son xəbərlər

Orphus sistemi