Pan Gi Mun: "BMT Nizamnaməsinin pozulması Təhlükəsizlik Şurasına meydan oxumaqdır"

Pan Gi Mun: "BMT Nizamnaməsinin pozulması Təhlükəsizlik Şurasına meydan oxumaqdır" "Bəzən ölkələr öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmur, bəzən isə özləri insan hüquqlarını pozur"
Digər ölkələr
16 Fevral , 2016 10:36
Pan Gi Mun: BMT Nizamnaməsinin pozulması Təhlükəsizlik Şurasına meydan oxumaqdır

Bakı. 16 fevral. REPORT.AZ/ 2015-ci ildə beynəlxalq ictimaiyyət BMT Nizamnaməsində təsbit olunmuş idealların inkişaf etdirilməsi baxımından bir neçə əhəmiyyətli addımlar atıb. "Report"un xəbərinə görə, bu barədə bu gün BMT Təhlükəsizlik Şurasının təşkilatın Nizamnaməsinin roluna həsr edilmiş iclasında çıxış edərkən qurumun baş katibi Pan Gi Mun məlumat verib.

Onun sözlərinə görə, bu il həm də beynəlxalq hüququn kobud şəkildə pozulması halları da qeydə alınıb. Baş katib buraya ilk növbədə, Suriya və Yəməndə vətəndaş münaqişəsini və zorakı ekstremizmin yayılmasını aid edib.

İclasda çıxışı zamanı Pan Gi Mun təşkilat üzvlərinin məqsədinin Nizamnamənin prinsiplərini həyata keçirmək olduğunu xatırladıb: "Beynəlxalq humanitar hüquq və insan hüquqlarının fundamental prinsiplərinin kobud şəkildə pozulması bütün bəşəriyyət üçün problemdir və bu hal Təhlükəsizlik Şurasını Nizamnamədə öz əksini tapan addımların atılmasına təhrik edir".

O, BMT Nizamnaməsinin təşkilatın hər bir üzv dövlətinə münaqişələrin qarşısının alınması və insan hüquqlarının müdafiəsi ilə bağlı məsuliyyət həvalə etdiyini xatırladıb. Baş katibin sözlərinə görə, amma bəzən ölkələr öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmur, bəzən isə özləri insan hüquqlarını pozur.

BMT baş katibi rəhbərlik etdiyi təşkilatın üzv dövlətlərinə öz öhdəliklərini yerinə yetirməkdə dəstək verməyə hazır olduğunu qeyd edib. Onun sözlərinə görə BMT-də əsas vurğu münaqişə və böhranların qarşısının alınmasına düşür: "Mən bilirəm ki, BMT-yə üzv dövlətlər bəzən belə səyləri onların milli suverenliyini pozan müdaxilə kimi qiymətləndirir. Amma dövlətlərin suverenliyinə zorakılıq və münaqişələr təhlükə yaradır, daha bizim onların qarşısını almaq üçün səylərimiz yox".

BMT baş katibi əlavə edib ki, bu sahədə təşkilatın dövlətlərlə münasibəti bundan sonra da əməkdaşlıq, şəffaflıq və dövlət suverenliyinə hörmət prinsipləri əsasında davam edəcək.

Son xəbərlər

Orphus sistemi