Pakistanın baş naziri Ramazanda edam cəzasının icrasını dayandırmağa çağırıb

Pakistanın baş naziri Ramazanda edam cəzasının icrasını dayandırmağa çağırıb "Ölüm hökmünə məhkum olunmuş məhbuslara bu müddətdə müqəddəs ayın əməllərini yerinə yetirməyə imkan verilməlidir"
Digər ölkələr
19 İyun , 2015 14:08
Pakistanın baş naziri Ramazanda edam cəzasının icrasını dayandırmağa çağırıb

Bakı. 19 iyun. REPORT.AZ/ Pakistanın baş naziri Nəvaz Şərif Ramazan ayında ölüm hökmünün icrasını dayandırmağa çağırıb.

"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

Hökumət başçısı bildirib ki, ölüm hökmünə məhkum olunmuş məhbuslara bu müddətdə müqəddəs ayın əməllərini yerinə yetirməyə imkan verilməlidir. 

Qeyd edək ki, bu il martın 10-da Pakistan hökuməti ölüm hökmünə tətbiq edilən moratoriumu tamamilə ləğv edib. 

Son xəbərlər

Orphus sistemi