Yuxarı
    Bağlamaq

    ​Pakistanda yük maşını yaşayış evinə girib, 7 uşaq ölüb

    Onlardan beşi qız, ikisi isə oğlandır

    Bakı. 23 aprel. REPORT.AZ/ Pakistanda dəhşətli hadisə baş verib. Böyük sürətlə hərəkət edən yük maşını yaşayış evinə girib. Hadisə nəticəsində 7 uşaq həlak olub. Onlardan ən kiçiyinin 2 yaşı olub. "Report"un "Frans Press" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Pəncab əyalətinin Cəng şəhərində baş verib.

    Hadisə nəticəsində birotaqlı palçıqdan tikilən evin tavanı tamamilə dağılıb və otaqda olan 9 uşaq və onların valideyninin üzərinə düşüb. Məlumata görə, yalnız iki uşaq və iki böyük sağ qalıb. Onlar müxtəlif dərəcəli xəsarətlər alıblar. Ölən uşaqların beşi qız, ikisi isə oğlandır.

    Hadisəyə yüksək sürət və idarəetməni itirmə səbəb olub. Yük maşının sürücüsü və onun köməkçisi həbs edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi