Pakistanda terror aktı törədilib, ölənlər və yaralananlar var

Pakistanda terror aktı törədilib, ölənlər və yaralananlar var Bakı. 9 dekabr. REPORT.AZ/ Pakistanda terror aktı törədilib.
Digər ölkələr
9 Dekabr , 2018 12:17
Pakistanda terror aktı törədilib, ölənlər və yaralananlar var

Bakı. 9 dekabr. REPORT.AZ/ Pakistanda terror aktı törədilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hadisə Kəraçidə, Milli Birlik Hərəkatı Partiyasının keçirdiyi tədbir zamanı baş verib.

Polisin məlumatına görə, əraziyə motosikletlə gələn naməlum şəxs kütləyə əl qumbarası atıb. Partlayış zamanı 2 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi