Pakistanda sel fəlakəti 28 nəfərin həyatına son qoyub

Pakistanda sel fəlakəti 28 nəfərin həyatına son qoyub Pakistanın Hayber Paxtunxva və Pəncab əyalətlərində güclü yağış və tufan 19 nəfərin həyatına son qoyub.
Digər ölkələr
11 İyun , 2023 00:13
Pakistanda sel fəlakəti 28 nəfərin həyatına son qoyub

Pakistanın Hayber-Paxtunxva və Pəncab əyalətlərində güclü yağış və tufan azı 28 nəfərin həyatına son qoyub.

"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, güclü yağış və tufan nəticəsində bir çox evin damı və divarları dağılıb, yollar su altında qalıb. Fırtınanın vurduğu ərazilərdə azı 28 nəfər həyatını itirib, 150-dən çox insan yaralanıb.

Fəlakətdən zərər çəkmiş bölgələrə yardım qrupları göndərilib.

Pakistanın Baş naziri Şahbaz Şərif insan və mal itkisinə görə dərin hüznlə kədərləndiyini bildirib.

Son xəbərlər

Orphus sistemi