​Pakistanda radikal sünnilərin lideri öldürülüb

​Pakistanda radikal sünnilərin lideri öldürülüb Daha iki nəfər isə yaralanıb
Digər ölkələr
15 fevral 2015 23:59
​Pakistanda radikal sünnilərin lideri öldürülüb

Bakı. 16 fevral. REPORT.AZ/ Pakistanın şimalında yerləşən Ravalpindi şəhərində yerli "Əhli sünnə vəl-cəmaə" radikal sünni təşkilatının lideri Məzhar Siddiqi naməlum şəxslər tərəfindən qətlə yetirilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Siddiqi avtomobildə ikən motosikletdə olan iki silahlı şəxs ona yaxınlaşaraq atəş açıb.

O, hadisə yerində ölüb. Siddiqinin yanında olan iki nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi