Pakistanda törədilən partlayışda ölənlərin sayı 11 nəfərə çatıb - YENİLƏNİB

Pakistanda törədilən partlayışda ölənlərin sayı 11 nəfərə çatıb - YENİLƏNİB Ölənlərin 4-ü polis əməkdaşıdır və daha 9 asayiş keşikçisi yaralanıb
Digər ölkələr
23 İyun , 2017 11:39
Pakistanda törədilən partlayışda ölənlərin sayı 11 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 23 iyun. REPORT.AZ/ Pakistanın Bəlucistan əyalətinin Baş Polis İdarəsi binasının yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

“Report” “GEO” TV-yə istinadən xəbər verir ki, polis terrorçu-kamikadze olduğu ehtimal edilən naməlum şəxsin avtomobilini saxlayarkən o, partlayıcı qurğunu işə salıb.
İnformasiyaya əsasən, ölənlərin 4-ü polis əməkdaşıdır və daha 9 asayiş keşikçisi yaralanıb.


*** 09:52

Pakistanın Bəlucistan əyalətinin Baş Polis İdarəsi binasının yaxınlığında törədilən partlayış nəticəsində azı 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

“Report” “Geo” telekanalına istinadən xəbər verir ki, hadisə əyalətin mərkəzi Kvetta şəhərində baş verib.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi