Pakistanda musson yağışlarda ölənlərin sayı 1 400 nəfərə çatıb

Digər ölkələr
  • 10 sentyabr, 2022
  • 00:08
Pakistanda musson yağışlarda ölənlərin sayı 1 400 nəfərə çatıb

Pakistanda iyunun 14-dən davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1 400 nəfərə çatıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərlə Mübarizə Agentliyi məlumat yayıb.

Məlumata görə, musson yağışları nəticəsində 499-u uşaq və 280-i qadın olmaqla 1 396 nəfər ölüb, 12 728 nəfər yaralanıb.

Aramsız yağışlar 1 743 345 evə ziyan vurub, onlardan 568 817-si tamamilə dağılıb.

Qeyd edilir ki, 6 674 kilometr yol və 269 körpü dağıdılıb, 750 min başdan çox kənd təsərrüfatı heyvanı tələf olub.

Yağışlardan 33,4 milyon insan zərər çəkib, 634 min 749 nəfər çadır şəhərciklərinə yerləşdirilib.