Pakistanda mitinqdə qumbara partlayıb, 39 nəfər yaralanıb

Pakistanda mitinqdə qumbara partlayıb, 39 nəfər yaralanıb Pakistanın Kəraçi şəhərində “Camaat Ulema-e-İslam” partiyasının təşkil etdiyi mitinqdə əl qumbarası partlayıb.
Digər ölkələr
290
6 Avqust , 2020 03:29
Pakistanda mitinqdə qumbara partlayıb, 39 nəfər yaralanıb

Pakistanın Kəraçi şəhərində “Camaat Ulema-e-İslam” partiyasının təşkil etdiyi mitinqdə əl qumbarası partlayıb.

“Report” “TASS”a istinadən xəbər verir ki,  bu barədə “Dawn” qəzeti siyasi hərəkatın nümayəndəsinə və yerli hakimiyyət rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, partlayış nəticəsində azı 39 nəfər yaralanıb.

Bildirilib ki, bir nəfərin vəziyyəti ağırdır, yaralıların əksəriyyəti yüngül xəsarət alıblar.

Bütün yaralılar əraziyə yaxın xəstəxanalara aparılıb, hadisənin səbəbləri müəyyənləşdirilir.

Orphus sistemi