Pakistanda leysan yağışları 7 nəfərin həyatına son qoyub

Pakistanda leysan yağışları 7 nəfərin həyatına son qoyub Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində leysan yağışları insan tələfatına səbəb olub.
Digər ölkələr
23 Yanvar , 2022 17:26
Pakistanda leysan yağışları 7 nəfərin həyatına son qoyub

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində leysan yağışları insan tələfatına səbəb olub.

"Report" bu barədə “Assosiated Press”ə istinadən xəbər verir.

Təbii fəlakət nəticəsində azı 7 nəfər ölüb, 16 nəfər yaralanıb.

Güclü yağışın səbəb olduğu torpaq sürüşməsi və damın çökməsi nəticəsində ölənlər arasında qadın və uşaqların olduğu bildirilir.

Azı 19 ev və binaya qismən ziyan dəyib və ya tamamilə dağılıb.

Xilasetmə əməliyyatları davam edir.

Son xəbərlər

Orphus sistemi