Pakistanda konvoya hücum zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı həlak olub

Pakistanda konvoya hücum zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı həlak olub Bakı. 14 dekabr. REPORT.AZ/ Pakistanda silahlı şəxslərin konvoya hücumu zamanı təhlükəsizlik qüvvələrinin azı 6 əməkdaşı həlak olub.
Digər ölkələr
890
14 Dekabr , 2018 22:37
Pakistanda konvoya hücum zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı həlak olub

Bakı. 14 dekabr. REPORT.AZ/ Pakistanda silahlı şəxslərin konvoya hücumu zamanı təhlükəsizlik qüvvələrinin azı 6 əməkdaşı həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri məlumat yayıb.

Məlumata görə, hücum İranla sərhəddə, Bəlucistan vilayətinin Keç dairəsində baş verib. Silahlılarla atışma zamanı həmçinin təhlükəsizlik qüvvələrinin daha 14 üzvü yaralanıb.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. 

Pakistanda bir neçə gün əvvəl törədilən terror aktı nəticəsində 2 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi