Pakistanda Çin vətəndaşının olduğu avtomobil partladılıb, ölənlər var

Pakistanda Çin vətəndaşının olduğu avtomobil partladılıb, ölənlər var Pakistanda kamikadze avtomobildə partlayış törədib.
Digər ölkələr
21 Avqust , 2021 03:36
Pakistanda Çin vətəndaşının olduğu avtomobil partladılıb, ölənlər var

Pakistanın Bəlucistan əyalətinin Qvadar şəhərində Çin vətəndaşını aparan nəqliyyat vasitəsində törədilən partlayış nəticəsində iki nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə yerli hökumətə istinadən “Reuters” agentliyi xəbər verib.

Yerli hakimiyyətin nümayəndəsinin sözlərinə görə, partlayış nəticəsində həlak olanlar uşaqlardır. O, qeyd edib ki, hadisə zamanı daha üç nəfər yaralanıb.

Agentlik bildirib ki, partlayışı terrorçu kamikadze törədib.

Qvadar Belucistanın cənub-qərbindədir. Burada separatçılar fəaliyyət göstərir.

19.08.2021. 19:55

Pakistanda kamikadze avtomobildə partlayış törədib.

"Report" TASS-a istinadən xəbər verir ki, kamikadze Çin Xalq Respublikası vətəndaşının olduğu nəqliyyat vasitəsini partladıb.

Hadisə nəticəsində iki nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi