Pakistanda iki nəfər bombanın partlaması nəticəsində ölüb

Pakistanda iki nəfər bombanın partlaması nəticəsində ölüb Pakistanın Kvetta şəhərində bombanın partlaması nəticəsində azı iki nəfər ölüb, daha 16-sı yaralanıb.
Digər ölkələr
24 İyul , 2019 05:30
Pakistanda iki nəfər bombanın partlaması nəticəsində ölüb

Pakistanın Kvetta şəhərində bombanın partlaması nəticəsində azı iki nəfər ölüb, daha 16-sı yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Dawn" nəşri yazıb.

Polisin məlumatına görə, canilər motosikletə bomba yerləşdirərək onu aptekin yanında saxlayıblar.

Yaralılar xəstəxanalara yerləşdiriliblər. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi