Pakistanda hərbi yük maşını aşıb, 4 nəfər ölüb, 51-i yaralanıb

Pakistanda hərbi yük maşını aşıb, 4 nəfər ölüb, 51-i yaralanıb Hadisə Bəlucistan əyalətinin Koxlu şəhəri yaxınlığında baş verib
Digər ölkələr
24 Aprel , 2018 00:46
Pakistanda hərbi yük maşını aşıb, 4 nəfər ölüb, 51-i yaralanıb

Bakı. 24 aprel. REPORT.AZ/ Pakistanda yol qəzası nəticəsində sərhəd korpusunun ən azı 4 hərbçisi ölüb, 51-i yaralanıb.

“Report” xəbər verir ki, hərbçiləri daşıyan yük maşını Bəlucistan əyalətinin Koxlu şəhəri yaxınlığında aşıb.

Yaralılar rayon hospitalına yerləşdirilib. Onlardan bəziləri vertolyotlar vasitəsi ilə əyalətin paytaxtı Kvettu şəhərinə aparılıb.

Son xəbərlər

Orphus sistemi