Yuxarı

​Pakistanda güclü zəlzələ baş verib

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub

Bakı. 13 may. REPORT.AZ/ Pakistan ərazisində 5,4 bal gücündə zəlzələ olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidmət agentliyi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların mərkəzi Pakistanın Kila-Abdulla dairəsindən 25 km cənub-şərqdə yerləşən Bəlucistan əyalətinə düşüb. Zəlzəlnin ocağı 10 km dərinlikdə olub.

Xəsarət alan və dağıntılar haqda məlumat yayılmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi