Avropa Parlamentinin qəbul etdiyi qətnamə Pakistanda pislənib

Digər ölkələr
  • 20 aprel, 2015
  • 07:04
Avropa Parlamentinin qəbul etdiyi qətnamə Pakistanda pislənib

Bakı. 20 aprel. REPORT.AZ/ İslamabad şəhərində Azərbaycan-Pakistan Media Forumu (APMF) və Baydari Fikri Forumunun birgə toplantısı keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, toplantıda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlaması oxunulub.

Daha sonra tədbirdə Pakistanın sabiq xarici işlər katibi, APMF-nin baş katibi Əkrəm Zəki, sabiq federal nazir Dr.Qulam Xan, Pakistan jurnalistləri federal birliyinin sabiq baş katibi Riffat Kadri çıxış edərək Avropa Parlamentində Ermənistan və Türkiyə arasında əlaqələrlə bağlı qəbul edilmiş qətnamə haqqında fikir mübadiləsi aparıblar. Çıxış edənlər, bu qətnamənin tam əsassız və qərəzli olduğunu vurğulayıblar, 1918-ci ilin mart ayında və 1992-ci ilin fevral ayında ermənilərin azərbaycanlılara qarşı soyqırım törətdiklərini bildiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti