Pakistan SSRİ-yə olan borcunu Rusiyaya ödəyəcək

Pakistan SSRİ-yə olan borcunu Rusiyaya ödəyəcək Pakistan keçmiş SSRİ dövründən qalmış 93 milyon dollarlıq borcunun Rusiyaya qaytarılması barədə razılaşmanı imzalayıb.
Digər ölkələr
150
3 Dekabr , 2019 06:41
Pakistan SSRİ-yə olan borcunu Rusiyaya ödəyəcək

Pakistan keçmiş SSRİ dövründən qalmış 93 milyon dollarlıq borcunun Rusiyaya qaytarılması barədə razılaşmanı imzalayıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi bildirib.

Məlumata görə, sənədi Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak və Pakistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazi Halilulla imzalayıblar.

Borc Pakistanla Sovet İttifaqı arasında 1980-ci illərdə keçirilən idxal-ixrac əməliyyatları çərçivəsində yaranıb. 80-ci illərdə SSRİ Pakistan şirkətlərindən parça, geyim və başqa materiallar alırdı. İmperiyanın süquta uğramasından və hər iki ölkənin biznesində ticarət əlaqələrinin dağılmasından sonra qarşılıqlı iddialar həll edilməmiş qalıb. 2016-cı və 2017-ci illərdə aparılan danışıqlar nəticəsində tərəflər borcların ödənilməsi barədə razılığa gəliblər. 

Son xəbərlər

Orphus sistemi