Pakistan ordusu bu həftə yaraqlıların 70-dən çox insanın ölümü ilə nəticələnmiş hücumlarına cavab olaraq Bəlucistan əyalətində kəşfiyyat əməliyyatlarına başlayıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Əyalətdə həyata keçirilən üç əməliyyat zamanı beş yaraqlı öldürülüb, daha üç nəfər isə yaralanıb.
“Əməliyyatlar bu vəhşilikləri törədənlər və onların əlbirləri məsuliyyətə cəlb olunana qədər davam edəcək”, - məlumatda bildirilib.