Pakistan dövləti Hindistanın Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv etməsi ilə bağlı
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu hökumətdəki mənbələr bildirib.
Xatırladaq ki, bu gün Hindistan parlamentinə təqdim olunan müvafiq qanun layihəsi ilə bağlı Prezidenti Ram Nath Kovind Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv edən fərman imzalayıb.
Mənbələrə görə, bununla bağlı “hər cür cavab variantları”na əl atacaqlarını bildirən Pakistan Xarici İşlər Nazirliyi dərhal hüquqşünaslara müraciət edib. Daha sonra hökumətə ətraflı tədbirlər planı təqdim olunacaq. Pakistan tərəfi BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulduğu qənaətindədir.