Pakistan bu il Hindistanın atəşkəsi 178 dəfə pozduğunu açıqlayıb

Pakistan bu il Hindistanın atəşkəsi 178 dəfə pozduğunu açıqlayıb Atəşkəsin pozulması nəticəsində 19 dinc sakin həlak olub, 80 nəfər yaralanıb
Digər ölkələr
2 Noyabr , 2016 14:26
Pakistan bu il Hindistanın atəşkəsi 178 dəfə pozduğunu açıqlayıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Pakistan ordusu bu il Hindistan tərəfinin nəzarət xəttində və iki ölkə sərhədində atəşkəsi 178 dəfə pozması barədə məlumat verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Pakistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında atəşkəsin pozulması nəticəsində 19 dinc sakinin həlak olduğu, 80 nəfərin isə yaralandığı qeyd olunub.

Öz növbəsində, Hindistan da Pakistanı atəşkəsi dəfələrlə pozmaqda ittiham edib. Məsələn, Hindistan tərəfi bu il sentyabrın 29-dan bəri Pakistan hərbçilərinin atəşkəs rejimini 60 dəfə pozduğunu bildirib. Bunun nəticəsində Hindistan tərəfi 15 itki verib, 40-dan çox adam yaralanıb.

Son xəbərlər

Orphus sistemi