​Pakistanda avtobusla neft daşıyan yük maşını toqquşub, 57 nəfər ölüb

​Pakistanda avtobusla neft daşıyan yük maşını toqquşub, 57 nəfər ölüb Avtobusda qadın və uşaqların olduğu bildirilir
Digər ölkələr
1071
11 Yanvar , 2015 10:15
​Pakistanda avtobusla neft daşıyan yük maşını toqquşub, 57 nəfər ölüb
Bakı. 11 yanvar. REPORT.AZ/ Pakistanın Karaçi şəhəri yaxınlığında sərnişin avtobusu ilə neft daşıyın yük maşını toqquşub.

"Report" xəbər verir ki, dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində 57 nəfər həlak olub.

"İçərisində 50 sərnişinin olduğu avtobus, hadisə şahidlərinin sözlərinə görə, düzgün istiqamətdə hərəkət etməyən neft daşıyan maşına çırpılıb", - deyə polis əməkdaşı Rao Məhəmməd Ənvər bildirib.

Yerli xəstəxananın həkimi isə ümumilikdə 57 cəsəd qəbul etdiklərini və onların əksəriyyətinin tam olaraq yandığını söyləyib.

Avtobusda qadın və uşaqların olduğu bildirilir.

Hadisənin təfərrüatları araşdırılır. Qəza nəticəsində yaralananların sayı məlum deyil.

Son xəbərlər

Orphus sistemi