Özbəkistanda sükut günündə qanun pozuntusu qeydə alınmayıb

Özbəkistanda sükut günündə qanun pozuntusu qeydə alınmayıb Özbəkistanda sabah keçiriləcək prezident seçkiləri ərəfəsində elan edilən sükut günü qanun pozuntusu olmadan keçib.
Digər ölkələr
23 Oktyabr , 2021 21:01
Özbəkistanda sükut günündə qanun pozuntusu qeydə alınmayıb

Özbəkistanda sabah keçiriləcək prezident seçkiləri ərəfəsində elan edilən sükut günü qanun pozuntusu olmadan keçib.

"Report" TASS-a istinadən xəbər verir ki, Daşkənddə beynəlxalq müşahidəçilər və jurnalistlərin yerləşdikləri hotellərin yaxınlığında toplaşmaları istisna olmaqla, demək olar ki, heç bir şey qarşıdakı səsverməni xatırlatmır.

Ən fəal təbliğat media və sosial şəbəkələrdə aparılıb. Seçki kampaniyası ümumilikdə olduqca aktiv keçib. Prezidentliyə namizədlərin hamısına dövlət telekanallarında bərabər efir vaxtı və çap sahəsi verilib.

Telekanallarda sükut günündə seçkiqabağı görüntülər də yayımlanmayıb.

Şənbə günü paytaxtda vəziyyət də sakit olub və Daxili İşlər Nazirliyinin mətbuat katibi Şoxrux Qiyasovun təsdiqlədiyi kimi heç bir ciddi hadisə baş verməyib.

Son xəbərlər

Orphus sistemi