Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 11 nəfər ölüb - YENİLƏNİB-3

Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 11 nəfər ölüb - YENİLƏNİB-3 Özbəkistanda 7,8 maqnitudada zəlzələ olub.
Digər ölkələr
22 Mart , 2023 06:40
Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 11 nəfər ölüb - YENİLƏNİB-3

Əfqanıstanda çərşənbə axşamı günü axşam saatlarında qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində azı 9 nəfər həlak olub. Əfqanıstanın şərqindəki Laqman əyalətində daha iki nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə çərşənbə günü "News" qəzeti Hayber-Paxtunxva vilayətinin Fəlakətlərin İdarə Edilməsi İdarəsinin yenilənmiş məlumatlarına istinadən məlumat yayıb.

İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfər olub, daha 44 nəfər yaralanıb.

Çərşənbə axşamı səhər “Dawn” qəzeti Hayber-Paxtunxvada dam və divarların uçması nəticəsində iki nəfərin öldüyünü, altı nəfərin yaralandığını bildirib. Öz növbəsində, “Reuters” Pakistan polisinə istinadən xəbər verib ki, Svat rayonundakı bu ərazidə 150-yə yaxın adam yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib. 

Qeyd edək ki, dünən Əfqanıstanda 7,8 maqnitudada zəlzələ olub. Zəlzələ Özbəkistan, Tacikistan və Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.

Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.

00:34

Çərşənbə axşamı axşam saatlarında Əfqanıstanda qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində azı iki nəfər həlak olub. Əfqanıstanın şərqindəki Laqman əyalətində daha iki nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsinin ilkin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, Xeyber-Paxtunxvada yaşayış binalarının dam və divarlarının uçması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Öz növbəsində, “Reuters” Pakistan polisinə istinadən xəbər verir ki, Svat rayonundakı bu ərazidə 150-yə yaxın insan yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bundan əlavə, Əfqanıstanın təbii fəlakətlərin nəticələrinin azaldılması agentliyinin sözçüsü agentliyə bildirib ki, Laqman əyalətində iki nəfər ölüb.

“Dawn” xəbər verir ki, yeraltı təkanlar Hayber-Paxtunxvadan başqa Pakistanın digər bölgələrində, o cümlədən Peşəvər, Lahor, Kvetta, Ravalpindi və İslamabadda da hiss olunub.

21.03.2023. 22:50

Əfqanıstanda baş verən zəlzələ Pakistanda da hiss olunub.

"Report" xəbər verir ki, bir sıra binalarda çatlar əmələ gəlib, yaşayış binaları dağılaraq yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində ölən və yaralanan olmayıb.

Qeyd edək ki, bu gün Əfqanıstanda 7,8 ​​maqnitudada zəlzələ baş verib. Zəlzələnin episentri 161 min nəfərdən çox əhalisi olan Kunduz şəhərindən 195 km şərqdə yerləşib.

22:06

Əfqanıstanda 7,8 maqnitudada zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Zəlzələ Özbəkistan, Tacikistan və Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzinin məlumatına görə, yeraltı təkanların gücü Termezdə 6, Daşkənddə 5 maqnitudada olub.

Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi