Yuxarı

Oxot dənizində batan balıqçı gəmisində olan dənizçilərin axtarışı davam edir

Axtarışlara gəminin batdığı akvatoriyada olan 26 balıqçı gəmisi cəlb olunub

Bakı. 3 aprel. REPORT.AZ/ Oxot dənizində batan balıqçı gəmisində olan dənizçilərin axtarışları bərpa olunub. "Report" Saxalin vilayəti üzrə FHN mətbuat xidmətinə istinadən xəbər verir ki, qaranlığın düşməsi səbəbindən dayandırılan əməliyyat bərpa olunub. Axtarışlara gəminin batdığı rayonda olan 26 balıqçı gəmisi, eləcə də qəza yerinə gələn "Spravedlivı" xilasetmə gəmisi cəlb olunub.

Aprelin 3-də Oxot dənizi akvatoriyasında "Dalni Vostok" gəmisinin qəzaya uğradığı əraziyə Rusuiya FHN Mİ-8 helikopteri yollanıb. Onun göyərtəsində həkim və xilasedicilər olmaqla 11 nəfər olub. 

Saxalin vilayəti üzrə FHN mətbuat xidmətinin məlumatına əsasən, xilas olunan 63 ekipaj üzvündən 10 nəfərin vəziyyəti ağırdır. Daha 13 nəfərin axtarışları davam edir. Hazırda sağ qalanların siyahısı dəqiqləşdirilir. Cəmi axtarış-xilasetmə əməliyyatlarına 2166 nəfər və 107 ədəd texnika, o cümlədən 27 gəmi cəlb olunub. 

Dəqiqləşdirilən məlumatlara görə, batan "Dalni Vostok" balıqçı gəmisinin göyərtəsində 7 azərbaycanlı olub: Səfərov Məhəmməd Səfər oğlu (18.02.1964) - 1-ci dərəcəli matros, Talıbov Mailağa Ulduz oğlu (2.12.1964) - 4-cü mexanik, Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987) - motorçu, Əliyev Elman Sərdan oğlu (17.10.1964) - emal ustası, Şəkərov Fazil Hilal oğlu (23.10.1959) - 2-ci dərəcəli matros, Əliyev Yaşar Sərdan oğlu (13.03.1975) - 2-ci dərəcəli matros, Sadiqov İmaməddin Hidayət oğlu (23.02.1969) - 1-ci dərəcəli matros. Onların hamısı Rusiya vətəndaşlarıdır. 

FHN-in məlumatına əsasən, onlardan 4 nəfərinin adları (Əliyev Elman, Əliyev Yaşar, Sadıqov İmaməddin, Talıbov Mailağa) sağ qalanlar siyahısındadır. Qalanların taleyi dəqiqləşdirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi