Norveç paytaxtı Oslonın səlahiyyətliləri şəhərin bütün rayonlarında koronavirusun yayılma səviyyəsinin ən yüksək – “qırmızı” həddə çatmasından sonra infeksiyanın yayılmasına qarşı mübarizə tədbirlərini sərtləşdirməyə qərar verib.
“Report” xəbər verir ki, bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Osloda son üç həftə ərzində həftəlik qeydə alınan koronavirusa yoluxma hallarının sayı 113 nəfərdən 306 nəfərə yüksəlib. İndi şəhərin bütün ərazisi Norveçin İctimai Səhiyyə İnstitutunun interaktiv xəritəsində qırmızı rəngə boyanıb.
Bu səbəbdən də sentyabrın 21-də səlahiyyətlilər virusun yayılmasına qarşı daha sərt tədbirlər görməyə qərar verib. Artıq paytaxt sakinlərinə ictimai nəqliyyatda, habelə sosial məsafənin saxlanmasının mümkün olmadığı bütün yerlərdə, məsələn ticarət mərkəzlərində və ərzaq mağazalarında ağız boşluğu və tənəffüs sistemi üçün fərdi qoruyucu vasitələrdən istifadə etmələri tövsiyə olunur.