Orban Avropa Komissiyasını Macarıstan hökumətini devirmək istəməkdə ittiham edib

Orban Avropa Komissiyasını Macarıstan hökumətini devirmək istəməkdə ittiham edib Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen və Avropa Parlamentində Avropa Xalq Partiyası (AXP) fraksiyasının rəhbəri Manfred Veber Macarıstanın qanuni hökumətini devirmək və onu marionet hökumətlə əvəz etmək niyyətindədirlər.
Digər ölkələr
12 Oktyabr , 2024 03:38
Orban Avropa Komissiyasını Macarıstan hökumətini devirmək istəməkdə ittiham edib

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen və Avropa Parlamentində Avropa Xalq Partiyası (AXP) fraksiyasının rəhbəri Manfred Veber Macarıstanın qanuni hökumətini devirmək və onu marionet hökumətlə əvəz etmək niyyətindədirlər.

“Report” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının efirində iddia edib.

“Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Xalq Partiyasının lideri Manfred Veber suveren Macarıstan hökumətini devirmək və onu Brüssel üslublu administrasiya ilə əvəz etməyə çalışırlar”, – Orban bildirib.

Baş nazirin fərziyyəsinə görə, AK sədri onu müxalifətçi “Demokratik Koalisiya” partiyasının üzvü Klara Dobrevlə əvəz etmək istəyir, AXP rəhbəri isə Macarıstan hökumətinin başında müxalifətçi “Tisa” partiyasının lideri Peter Madyarı görmək istəyir.

Orban hesab edir ki, bu siyasətçilərin hər ikisi Ukraynadakı müharibəyə müdaxilə etmək, qanunsuz miqrantların ölkəyə məhdudiyyətsiz girişini təqdir etmək, Aİ-nin miqrasiya siyasətini dəstəkləmək və “iqtisadi və ticarət müharibələrində iştirak etmək” üçün “Brüsselin tələblərini yerinə yetirməyə hazırdır”.

Son xəbərlər

Orphus sistemi