Orban Aİ liderlərini Ukraynada münaqişəni genişləndirməmək üçün səy göstərməyə çağırıb

Orban Aİ liderlərini Ukraynada münaqişəni genişləndirməmək üçün səy göstərməyə çağırıb Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı ölkələrinin başçılarına müraciət edərək, Ukrayna münaqişəsinin genişlənməsinin qarşısını almaq üçün danışıqlar təşkil etməyə çağırıb.
Digər ölkələr
8 Oktyabr , 2022 01:51
Orban Aİ liderlərini Ukraynada münaqişəni genişləndirməmək üçün səy göstərməyə çağırıb

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı ölkələrinin başçılarına müraciət edərək, Ukrayna münaqişəsinin genişlənməsinin qarşısını almaq üçün danışıqlar təşkil etməyə çağırıb.

“Report” bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

"Ən başlıcası sülh və eskalasiyanın qarşısının alınmasıdır. Hazırda hadisələr bu istiqamətə yönəlir, lakin bizə atəşkəs və danışıqlar lazımdır", - V.Orban bildirib.

Macarıstanlı nazir, həmçinin qeyd edib ki, ölkəsi Praqa sammiti çərçivəsində Aİ-nin Rusiyaya qarşı səkkizinci sanksiyalar paketinin qəbulu prosesində öz milli maraqlarını müdafiə edib. O, məhdudiyyətlərin Budapeşt üçün vacib olan enerji sektoruna təsir etmədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi