Oman sultanı Qabus bin Səid Əl Səud vəfat edib.
“Report” xəbər verir ki, bu barədə ölkənin rəsmi dövlət agentliyi məlumat yayıb.
Məlumata görə, sultanlığın rəhbəri dünən - yanvarın 10-da dünyasını dəyişib. Sultanlıq dəftərxanası tərəfindən yayılan xəbərdə qeyd edilir ki, 79 yaşlı Qabus bin Səid uzunsürən xəstəlikdən ölüb.
Qeyd edək ki, 2015-ci ildə sultanda xərçəng xəstəliyi aşkarlanmışdı. Son vaxtlar yerli mətbuatda onun səhhətinin pisləşməsi barədə dəfələrlə məlumat yayılıb.
Qabus bin Səid 50 il idi ki, ölkəni idarə edirdi. O, 1970-ci ildə hakimiyyətə gəlmişdi.
Xatırladaq ki, sultan son illər Almaniyada müalicə kursu keçirdi. Onun varisi yoxdur.
Sultanın vəfatı ilə bağlı ölkədə 3 günlük matəm elan olunub, ölkə ərazisində dövlət və özəl müəssisələrin fəaliyyəti dayandırılıb, ölkə ərazisində bayraqlar 40 günlük endirilib.