Olland ikinci prezidentlik müddətinə namizədliyini irəli sürməyəcək

Digər ölkələr
  • 01 dekabr, 2016
  • 19:23
Olland ikinci prezidentlik müddətinə namizədliyini irəli sürməyəcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland ikinci müddətə dövlət başçısı seçilmək üçün mübarizə aparmayacaq.

"Report" xəbər verir ki, bunu o, canlı efirdə çıxışı zamanı deyib.

O, 2017-ci ilin yazında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməkdən imtina etdiyini bildirib.

"Mən qərara gəldim ki, qarşıdakı seçkilərdə namizəd olmayım", - deyə o söyləyib.

44 filmi