Olimpiadanın Təşkilat Komitəsi iranlı idmançılara "Samsung" smartfonları verməyəcək

Olimpiadanın Təşkilat Komitəsi iranlı idmançılara "Samsung" smartfonları verməyəcək Bakı. 7 fevral. REPORT.AZ/ Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi İran nümayəndə heyətinin üzvlərinə Samsung smartfonları verməyəcək.
Digər ölkələr
7 Fevral , 2018 11:33
Olimpiadanın Təşkilat Komitəsi iranlı idmançılara Samsung smartfonları verməyəcək

Bakı. 7 fevral. REPORT.AZ/ Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi İran nümayəndə heyətinin üzvlərinə "Samsung" smartfonları verməyəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunun səbəbi BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyalardır.

Belə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsində İrana zinət əşyaları, eləcə də həm mülki, həm də hərbi məqsədlər üçün istifadə ediləcək ikili təyinatlı malların tədarükü qadağan edilib. Bu səbəbdən İranın dörd atleti smartfona sahib ola bilməyəcək.

"Yonhap" agentliyinin məlumatına görə, "Samsung Electronics" sponsorluq fəaliyyəti çərçivəsində Olimpiadada yarışacaq idmançıların hər birinə və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) əməkdaşlarına "Galaxy Note 8 Olimpic Edition" samrtfonu hədiyyə verəcək.

Qeyd edək ki, "Samsung" BOK-un ümumdünya tərəfdaşıdır.

Son xəbərlər

Orphus sistemi