Böyük Britaniyanın Oksfordşir qraflığının paytaxtı Oksfordda güclü partlayış olub.
“Report”
Polisin məlumatına görə, böyük yanğına ildırımın tullantı emalı zavodundakı qaz konteynerlərinə vurması səbəb olub.
Hadisə yerinə təcili yardım xidmətləri cəlb edilib. İlkin məlumata görə, hadisədə zərər çəkən yoxdur.