Bakı. 17 noyabr. REPORT.AZ/ Yaponiyanın Okinava prefekturasında qubernator seçkilərində Amerika bazalarının adada yerləşdirilməsinə qarşı çıxış edən namizəd qalib gəlib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Takesi Onaqa Amerika bazalarının adada yerləşdirilməsinə qarşı çıxış edir və hesab edir ki, bu, regionda inkişafı ləngidir.
T.Onaqanın sözlərinə görə, Okinavanın əhalisi də bu qərarı dəstəkləyir. "Yetər, biz artıq 69 ildir dözürük!" - deyə, yeni seçilən qubernator bildirib.