Obama və Ərdoğan İŞİD-lə mübarizə üzrə növbəti addımları müzakirə ediblər

Obama və Ərdoğan İŞİD-lə mübarizə üzrə növbəti addımları müzakirə ediblər Müzakirələr telefon söhbəti zamanı baş tutub
Digər ölkələr
27 Oktyabr , 2016 04:17
Obama və Ərdoğan İŞİD-lə mübarizə üzrə növbəti addımları müzakirə ediblər

Bakı. 27 oktyabr. REPORT.AZ/ ABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı başda Suriya və İraq olmaqla bölgədə İŞİD-ə qarşı mübarizə məsələsində qətiyyətli olduqlarını təsdiq edərək, Şimali İraqda PKK-nın məskunlaşmasının qarşısının alınması xüsusunda da, ortaq mövqe sərgiləyiblər.

"Report" xəbər verir ki, Türkiyə prezidentinin mətbuat mərkəzinin məlumatına görə, telefon söhbəti ötən gün axşam Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Ərdoğan və Obama, 1 saat 25 dəqiqə davam edən söhbət zamanı İŞİD ilə mübarizə məsələsində gələcək mərhələlərin necə olacağı məsələsini müzakirə edib.

Obama, Suriya-Türkiyə sərhəd bölgəsini İŞİD-dən təmizləyən "Azad Suriya Ordusu"na dəstək daxil olmaqla, Türkiyənin bu mübarizəyə verdiyi töhfələri təqdir etdiklərini ifadə edib.

İki liderin İraqın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiq etdikləri görüşdə Ərdoğan, bölgənin İŞİD və PKK daxil olmaqla bütün terror təşkilatlarından təmizlənməsinin gərək olduğuna işarə edərək, Mosuldakı əməliyyatın həssaslıqla aparılmasının əhəmiyyətinə diqqəti çəkib.

Son xəbərlər

Orphus sistemi