Bakı. 9 dekabr. REPORT.AZ/ ABŞ-ın sabiq prezidenti Barak Obama hazırkı həmkarı Donald Trampın xarici siyasətini tənqid edib və onu 1930-cu illərdə nasist Almaniyasının yürütdüyü siyasətə bənzədib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, Çikaqo iqtisadi klubunda etdiyi çıxışı zamanı deyib.
Onun sözlərinə görə, amerikalı liderin artan özündənrazılığı və "ABŞ hər şeydən əvvəl" prinsipi ölkəyə təhlükə yaradır. B. Obama inkişaf etmiş demokratiya sayılan Veymar Respublikası ilə müqayisələr aparıb. Lakin bu, almaniyalı nasistlərə hakimiyyətdə yerini bərkitməyə mane olmayıb.
“60 milyon insan həlak olub. Buna görə diqqətli olmalısınız. Və səs verməlisiniz", - deyə Obama bildirib.
Xatırladaq ki, Veymar Respublikası 1919-1933-cu illərdə Almaniyanın qeyri-rəsmi adı olub.