Obama: Suriya böhranını güc yolu ilə həll etmək mümkün deyil

Obama: Suriya böhranını güc yolu ilə həll etmək mümkün deyil "Bəşər Əsədin bu günə kimi hakimiyyətdə qalmasının yeganə səbəbi İran və Rusiyanın dəstəyidir"
Digər ölkələr
3 Oktyabr , 2015 01:32
Obama: Suriya böhranını güc yolu ilə həll etmək mümkün deyil

Bakı. 3 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama hesab edir ki, Suriya böhranını güc yolu ilə həll etmək mümkün deyil.

“Report” RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Ev başçısı bildirib ki, Suriyada baş verən hadisələr Vaşinqtonun regiondaki müttəfiqləri üçün “çox ciddi problemlər yaradır”.

“Suriya böranının siyasi həlli istiqamətində Moskva ilə də işləməyə hazırıq”, - deyən Obama bildirib ki, Bəşər Əsədin bu günə kimi hakimiyyətdə qalmasının yeganə səbəbi İran və Rusiyanın dəstəyi olub.

Bununla yanaşı Obama qeyd edib ki, Rusiya hərbi aviasiyası hazırda Suriyada müxalifət qüvvələri ilə “İŞİD” qruplaşması arasında fərq qoymur.

Son xəbərlər

Orphus sistemi