Obama Şimali Koreyaya qarşı yeni sanksiyaları təsdiq edib

Obama Şimali Koreyaya qarşı yeni sanksiyaları təsdiq edib Bu barədə Ağ Ev rəsmi məlumat yayıb
Digər ölkələr
16 Mart , 2016 23:52
Obama Şimali Koreyaya qarşı yeni sanksiyaları təsdiq edib

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun imzalayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb.

Qərara əsasən, ABŞ ərazisində Şimali Koreya hökuməti və Koreya Əmək Partiyasına məxsus bütün daşınmaz əmlak və sərmayə qoyuluşları dondurulub.

Bu qərar Koreya Xalq Demokratik Respublikasının nüvə və raket proqramı ilə bağlı qəbul olunub.

Son xəbərlər

Orphus sistemi