Yuxarı

​Obama: "Rusiya ABŞ-ın sayəsində təcrid vəziyyətinə düşüb"

ABŞ prezidenti Konqresdə çıxışı zamanı Ukraynanı dəstəklədiyini bildirib

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Konqres qarşısında çıxışı zamanı Ukrayna hökumətini dəstəklədiyini və rusiyayönlü yaraqlıların təcavüzü nəticəsində Rusiyanın təcrid vəziyyətinə düşdüyünü bildirib.

"Report" xəbər verir ki, Obamanın sözlərinə görə, Rusiya təcrid vəziyyətindədir və bu, öz siyasətini hücum etməklə deyil, dayanıqlı təzyiq vasitəsi ilə aparan ABŞ-ın liderliyi sayəsindədir.

Bundan əvvəl ABŞ prezidenti qeyd edib ki, ölkə iqtisadiyyatı 1999-cu ildən ən yüksək artım səviyyəsinə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi