Yuxarı

​Obama İŞİD-ə qarşı güc tətbiq etmək üçün Konqresdən icazə alacaq

Biz terrorçuların təhdid etdiyi bütün insanlarla həmrəyik: Pakistandakı məktəbdən Parisin küçələrinədək

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Konqresə illik müraciəti zamanı "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı hərbi güc tətbiq etmək barədə parlamentarilərdən icazə almaq planlarının olduğunu bildirib.

"Biz terrorçuların təhdid etdiyi bütün insanlarla həmrəyik: Pakistandakı məktəbdən Parisin küçələrinədək", — deyə prezident əlavə edib.

"Report" xəbər verir ki, o, Əfqanıstanda terrorçulara qarşı mübarizədə bir sıra ölkələrin birgə səy göstərdiklərini qeyd edib.

Prezident eyni üsulla, müxtəlif müttəfiqlərin köməkliyi ilə İŞİD-in öhdəsindən gəlməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi