Obama İrana qarşı sanksiyaların müddətini daha bir il uzadıb

Obama İrana qarşı sanksiyaların müddətini daha bir il uzadıb "İki ölkə arasında münasibətlər hələ ki normallaşmayıb", - deyə Ağ Ev başçısı bildirib
Digər ölkələr
11 Noyabr , 2015 02:25
Obama İrana qarşı sanksiyaların müddətini daha bir il uzadıb

Bakı. 11noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaları daha bir il uzadıb.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Evin məlumatında belə deyilir.

“İran ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün mühüm təhlükələr yaratmağa davam edir. İki ölkə arasında münasibətlər hələ ki normallaşmayıb. Fövqəladə vəziyyət davam edir. Odur ki, 1979-cu il, 14 noyabr tarixli qərarı qüvvədə qalmalıdır”, - sənəddə qeyd olunur.

Qeyd edək ki, rəsmi Vaşinqton İranla münasibətlərdə "fövqəladə vəziyyəti" 30 il əvvəl elan etmişdi. 

Son xəbərlər

Orphus sistemi