​Obama Almaniya, Britaniya və Səudiyyə Ərəbistanına səfərə başlayıb

​Obama Almaniya, Britaniya və Səudiyyə Ərəbistanına səfərə başlayıb Səfər altı gün davam edəcək
Digər ölkələr
20 Aprel , 2016 02:49
​Obama Almaniya, Britaniya və Səudiyyə Ərəbistanına səfərə başlayıb

Bakı. 20 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanı, Böyük Britaniya və Almaniyanı ziyarət edəcəyi altı günlük xarici turneyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə Obamanı müşayiət edən jurnalistlər məlumat veriblər.

Məlumata görə, o, Ər-Riyad yolunda Amerikanın Almaniyadakı Ramştayn hərbi bazasında olacaq.

Ağ evin məlumatına görə, Londonda prezidentə birinci xanım Mişel Obama da qoşulacaq.

Son xəbərlər

Orphus sistemi