Bakı. 9 iyul. REPORT.AZ/ Nyu-York polisi "Kings Plaza" ticarət mərkəzində atışma barədə məlumatları yoxlayır.
"Report" "NBC"yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları atışmanın olduğunu təsdiqləyiblər və xəsarət alanların olmadığı bildirilib.
Ticarət mərkəzinin ziyarətçiləri təxliyyə edilib.
Hazırda polis atəş açan şəxsi axtarır. Onun saxlanılması barədə məlumat verilməyib.